Logo

ADU-nun Konfutsi İnstitutunda mühazirə: "Qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi"

28.07.2023 16:41 165 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun onlayn yay lektoriyası çərçivəsində Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Çin Xalq Azadlıq Ordusunun yaranmasının 96-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 illiyinə həsr olunmuş “Qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi” mövzusunda mühazirə oxuyub.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, R.Abbasov qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi, hərbi texnologiyaların inkişafına çinlilərin töhfəsi və orta əsrlərdə Çin Ordusunun ən əhəmiyyətli döyüşlərindən və “Kitabi-Dədə Qorqud” dastanındakı türklərin hərb sənətinin xüsusiyyətlərindən söz açıb.

R.Abbasov, həmçinin Çinin qədim hərb sənəti və hərb fəlsəfəsinin məşhur traktatları – “Müharibə sənəti” və “Otuz altı stratagema” barəsində danışıb. O, iki ölkənin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivlərindən, İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin, hərbi-siyasi prioritetlərindən dünyanın müasir geosiyasi proseslərində Azərbaycan və Çinin iştirakından danışıb.

Məruzəçi Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib. Mühazirənin sonunda Çin Xalq Azadlıq Ordusunun Orkestrinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutun orkestrinin ifasında musiqi kompozisiyaları səsləndirilib.

Xəbər lenti