Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan 2 465 övladının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.
Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 1863 nəfəri ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil), 577 nəfəri orta ixtisas təhsili müəssisələrində ödənişli, 25 nəfəri peşə təhsili müəssisələrində təhsil alanlardır.