Logo

BMU tələbələri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində işlə təmin olunub

28.07.2023 20:25 227 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) iki tələbəsi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində ilk iş təcrübəsinə başlayıb.

Tehsil.biz xəbər verir ki, sözügedən mərkəzdə istehsalat təcrübəsi keçən BMU-nun İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisasının tələbələri - Mənəf Nəbiyev və Rəhman Sultanlı təcrübədən sonra işlə təmin olunublar.

Qeyd edək ki, 2022/2023-cü tədris ilində BMU-nun müxtəlif ixtisaslar üzrə 20 tələbəsi 16 fevral - 24 may 2023-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsində olublar. Tələbələrdən beşi nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində təcrübə keçib.

Xəbər lenti