Logo

Məmməd Məmmədov vəfat edib

28.07.2023 23:11 394 baxış
IMG

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu haqda “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Vulkana doğru” (film, 1977), “Anın quruluşu” (film, 1980), “Bağlı qapı” (film, 1981), “Üzeyir ömrü” (film, 1981), “Gümüşü furqon” (film, 1982), “Asif, Vasif, Ağasif” (film, 1983), “Burulğan” (film, 1986), “Təxribat” (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.

Xəbər lenti