Logo

Gəncə tarixinin aktual problemləri araşdırılacaq

29.07.2023 10:25 261 baxış
IMG

Oktyabrın 11-12-də “Gəncə tarixinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd ölkənin Qərb bölgəsinin tarixinin elmi əsaslarla araşdırılmasıdır. Konfransın proqramında Qərb bölgəsinin arxeologiyası və etnoqrafiyası, Gəncənin qədim və antik dövr tarixi, orta əsrlər dövründə Gəncə şəhəri, milli dövlətçilik tariximizdə Gəncə şəhərinin əhəmiyyəti, müasir mərhələdə Gəncə şəhərinin inkişafı istiqamətləri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Konfransın rəsmi dili Azərbaycan, rus və ingilis dilləridir. Tezislərin tərtibatına dair tələblər AMEA-nın saytında yerləşdirilib. Məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır. Məruzələr elektron variantda [email protected] ünvanına təqdim edilməlidir.

Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 23-dək göndərməlidirlər. Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. Qəbul olunmuş məruzələr haqqında məlumatlar sentyabrın 30-dan başlayaraq müəlliflərə çatdırılacaq.

Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.

Ünvan: AZ 2000, Heydər Əliyev prospekti 419 (AMEA-nın Gəncə Bölməsi).

Xəbər lenti