Logo

UNEC “Webometrics”də də ölkə birincisi oldu

29.07.2023 12:08 218 baxış
IMG

Dünya universitetlərinin “Webometrics” reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin ilk 10 faizliyində yer alaraq ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, dünyanın 32 minə yaxın ali təhsil müəssisəsinin reytinqini hazırlayan “Webometrics”də UNEC son illərdə 15 min universiteti geridə qoyub. UNEC 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutmuşdursa, 6 ay sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.

Reytinq cədvəli ilə linkdə tanış olmaq mümkündür.

Xəbər lenti