Logo

Nemət Mətin növbəti kitabını təqdim edəcək - FOTO

29.07.2023 17:54 602 baxış
IMG

Yazıçı Nemət Mətinin 20 avqust saat 16:00-da “Çinar kitab evi”ndə "Gözəgörünməzlər" kitabının təqdimatı baş tutacaq.

Tehsil.biz xəbər verir ki, təqdimatda tanınmış jurnalistlər, tənqidçilər, yazıçılar, kitab blogerləri iştirak edəcək, həmçinin oxucular da imzalı kitab əldə edə biləcək. O cümlədən yazıçı ilə sual - cavab saatı da keçiriləcək.

Nemət Mətinin ilk kitabı "Ədəbiyyat və kütlə" adlanır. İkinci kitabı "Sonuncu uçuş" adı ilə çap olunub. Adı çəkilən kitablar nəyinki ölkəmizdə eyni zamanda Türkiyədə də oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin “Sonuncu uçuş” kitabı türkcəyə tərcümə olunaraq oxucuların ixtiyarına verilib. Yazıçının növbəti kitabı "Gözəgörünməzlər" də hekayələr toplusudur. Kitab müxtəlif hekayələri özündə cəmləşdirib, cəmiyyətimizdə gözəgörünməyən maraqlı insanların həyatından bəhs edən hekayələrdir.

Xəbər lenti