Logo

Bakı Ali Neft Məktəbinin nümayəndələri Portuqaliya Universitetində - FOTO

29.07.2023 21:54 545 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Mühəndislik fakültəsinin dekanı Sevda Zərgərova və Kimya mühəndisliyi kafedrasının müəllimi Qərənfil Əhmədova Erasmus+ Mübadilə proqramı çərçivəsində Portuqaliyanın Bragança Politexnik Universitetində olublar.

Tehsil.biz xəbər verir ki, universitetin Beynəlxalq Kredit Mobilliyi tərəfdaşları üçün təşkil olunan və müxtəlif ölkələrdən 56 nəfərin iştirak etdiyi səfərdə ikili diplom, tədqiqat üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, tədqiqat mərkəzləri ilə tanışlıq olub və seminarlar keçirilib.

Xəbər lenti