Logo

Türkiyənin Atılım Universitetinin nümayəndəsi BANM-də olub - FOTO

30.07.2023 10:51 350 baxış
IMG

Türkiyənin Atılım Universitetinin Beynəlxalq əlaqələr departamentinin Erasmus+ koordinatoru Özgün Orhon SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) qonaq olub.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Səfər Erasmus+ proqramı çərçivəsində həyata keçirilib. Qonaq BANM-in kampusu ilə yaxından tanış olub, həmçinin Erasmus+ Beynəlxalq Proqramlar ofisinin əməkdaşları ilə görüşüb.

Görüşdə iki universitet arasında əlaqələrin möhkəmləndirilməsi, uyğun ixtisaslar üzrə yeni tələbə-işçi mübadilələrinin həyata keçirilməsi, ikitərəfli layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb.

Xəbər lenti