Logo

İspaniya və Türkiyə Universitetinin nümayəndələri BANM-də olublar - FOTO

30.07.2023 20:00 399 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Erasmus+ proqramı çərçivəsində əlaqələrini genişləndirməkdədir.

Tehsil.biz xəbər verir ki, bu çərçivədə İspaniyanın A Koruna Universitetinin Tədqiqatın İdarəedilməsi Xidmətinin rəhbəri Roberto Rodrigez Martinez, Türkiyənin İzmir Katip Çelebi Universitetinin Biznesin idarəedilməsi fakültəsinin professoru Zehra Nuray Nisancı və Tarix fakültəsinin professoru Fatma Akkuş Yiğit  BANM-də  olublar.

Qonaqlar BANM-in kampusu ilə tanış olub, sonra onlarla Erasmus+ Beynəlxalq Proqramlar ofisinin və müvafiq fakültələrin əməkdaşları arasında görüş keçirilib.

Görüşdə universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, müvafiq ixtisaslar üzrə yeni tələbə-işçi mübadilələrinin həyata keçirilməsi istiqamətində müzakirə aparılıb.

Xəbər lenti