Logo

SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçıları “Brain ring”də yarışıblar - FOTO

30.07.2023 22:33 320 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənc İstedadlar Proqramının iştirakçıları üçün “Brain ring” yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışdan öncə SOCAR-ın “Caspian İnnovation Center” şirkətinin Baş əməliyyat direktoru, BANM-in müəllimi Orxan Quliyev iştirakçılara master-klas keçib. O, auditoriya ilə təcrübəsini bölüşüb, karyera və təhsil yolu barədə məlumat verib, texnologiyanın həyatımızdakı rolundan, gələcək trendlərdən bəhs edib, iştirakçılara tövsiyələrini verib.

Azərbaycanın şəhərlərinin adlarını daşıyan komandalardan ibarət “Brain ring”də 50-dən çox iştirakçı yarışıb. Gərgin mübarizədə keçən yarışda I yerin sahibi “Füzuli”, II yerin “Xocalı”, III yerin sahibi isə “Ağdam” komandası olub.

Xəbər lenti