Logo

ADNSU-da beynəlxalq yay məktəbi başlanıb

31.07.2023 12:43 524 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə “Enerji keçidi: postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda V beynəlxalq yay məktəbi başlanıb.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Yay məktəbi çərçivəsində azərbaycanlı və əcnəbi tələbələrin ölkəmizin müxtəlif mədəniyyət mərkəzlərinə və neft şirkətlərinin ofislərinə ekskursiyaları nəzərdə tutulur. Bununla yanaşı SOCAR, BP, SOFAZ, “Prosol” texnoloji şirkətin və digər qurumların əməkdaşlarının müxtəlif mövzularda məruzələri dinləniləcək.

Xəbər lenti