Logo

ADA Universiteti Fondu, PAŞA Bank və ADA Könüllülər Hərəkatı tərəfindən qazi ailələrinə dəstək

19.03.2021 16:41 955 baxış
IMG

Martın 17-si və 19-u ADA Universiteti Fondunun (ADAF) təşkilatçılığı, ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bankın baş sponsorluğu və ADA Könüllülər Hərəkatının dəstəyi ilə "Hər fəsildə həmrəy olaq" şüarı altında xeyriyyə kampaniyası təşkil edilib.

 

ADA-dan bildirilib ki, Novruz bayramı ərəfəsində təşkil edilən kampaniya çərçivəsində universitetin əməkdaşlarından və ADA-nın Könüllülər Hərəkatının üzvlərindən ibarət komanda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan qaziləri və onların ailələrini ziyarət ediblər.

 

ADAF-ın sponsorluq layihələri şöbəsinin direktoru, xeyriyyə kampaniyası layihəsinin rəhbəri Firuzə Əliyeva deyib: "Cəmiyyətə qarşı sosial məsuliyyətimizi əks etdirən bu xeyriyyə kampaniyası çərçivəsində Bakının qəsəbə və kəndlərində, eyni zamanda, Sumqayıt şəhərində və ətrafında yaşayan 20 qazi ailəsinə baş çəkdik".

 

Mövcud karantin qaydalarına riayət etməklə baş tutan görüşlərdə komanda üzvləri qazilərimizə qida məhsullarından, eləcə də ADA Universitetinin əməkdaşı Günel Əsgərovanın müəllifi olduğu və Qarabağa həsr edilmiş “ Xanın üç qızı” nağıl kitabından ibarət hədiyyə qutuları təqdim ediblər.

 

Qazilərimiz və onların ailə üzvləri xoşməramlı kampaniyanın təşkilinə və göstərilən diqqətə görə təşəkkür ediblər.

Xəbər lenti