Logo

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

31.07.2023 15:12 192 baxış
IMG

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, iyulun 12-də verilmiş elan üzrə 4 dövlət orqanında 6 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 6 namizədlə 6 müsahibənin keçirilməsi nəzərdə tutulub.

Müsahibələrin avqustun 7-dən 15-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti