Logo

Xalça Muzeyi öz qapılarını ziyarətçilərinin üzünə yenidən açacaq

31.07.2023 15:58 300 baxış
IMG

Avqustun 1-dən etibarən Azərbaycan Milli Xalça Muzeyi öz qapılarını yenilənmiş ekspozisiyası ilə ziyarətçilərinin üzünə yenidən açacaq.

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, ziyarətçilər sabahdan etibarən bu möhtəşəm məkanda heç vaxt görmədikləri bir-birindən dəyərli, rəngarəng xalçalarla tanış ola, onlardan zövq ala biləcəklər.

Xatırladaq ki, Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar fəaliyyətini dayandırmışdı.

Xəbər lenti