Azərbaycanda iyulun 24-dən 30-dək koronavirus (COVID-19) əleyhinə 164 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza vaksin vurduranların sayı 55, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 11 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 230, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 361 təşkil edir.