Logo

AzTU-nun şəhid məzunu Kamal Məmmədovun doğum günüdür

31.07.2023 23:04 534 baxış
IMG

Aəzrbaycan Texniki Universitetinin (AzTU) şəhid məzunu Kamal Məmmədovun doğum günüdür.

Tehsil.biz xəbər verir ki, AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin məzunu, şəhid Kamal Məmmədov 1998-ci ildə Balakən rayonunda anadan olub. 

2015-2019-cu illərdə AzTU-da təhsil alıb. Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəlib. Kamal Məmmədov Balakən rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən,  Kamal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xəbər lenti