Logo

DİM “Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edir

01.08.2023 17:02 203 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək.

İmtahan noyabrın 18-də keçiriləcək. İmtahan vermək üçün oktyabrın 4-dək qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında “LinguaSkill” imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün DİM-in saytında linkə daxil olmaq lazımdır.

Ətraflı məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Xəbər lenti