Logo

UDİD proqramına sənəd qəbulu davam edir

01.08.2023 17:13 162 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetdaxili iki diplom (UDİD) proqramına sənəd qəbulu davam edir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, proqramın məqsədi bakalavrlara qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi vermək, tələbələri rəqabətədavamlı mütəxəssis kimi yetişdirmək, gələcəkdə əmək bazarında layiqli yer tutmaları və onun tələblərinə çevik uyğunlaşmaları üçün imkan yaratmaqdan ibarətdir.

UDİD proqramına I kursun sonunda müraciət edilir. Tələbənin təhsil müddəti ərzində ayrı-ayrı fənlər üzrə göstəricisi 71-100 bal arasında olmalıdır. Proqram üzrə maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, menecment, marketinq, iqtisadiyyat, statistika ixtisasları tədris olunur.

Tədris Azərbaycan, ingilis, türk və rus dillərindədir.

UDİD proqramına sənəd qəbulu avqustun 15-dək aparılacaq.

 

Xəbər lenti