Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə iyul ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ərzində ümumilikdə 7734 müraciət daxil olub.
Müraciətlərin 673-ü feysbuk, 6508-i Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 158, sayt üzərindən isə 356 müraciət daxil olub. 39 vətəndaş isə qəbulda iştirak edib.