Logo

Bu il kolleclərə 10752 plan yeri ayrılıb

02.08.2023 14:01 198 baxış
IMG

2023-cü ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10752 plan yeri ayrılıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Ötən il müvafiq göstərici nisbətən az- 10127 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 29445 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 30354 nəfərin müsabiqədə iştirak hüququ var idi.

Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinə gəldikdə isə, bu il istiqamətlər üzrə ümumilikdə 1551 yer ayrılıb. Ötən il bu göstərici 1479 yer idi. Qabiliyyət imtahanlarında bu il məqbul qiymət alanların sayı 1919 nəfərdir, otən il isə 1936 nəfər idi.

Xəbər lenti