Logo

UFAZ-ın bakalavr proqramlarına qeydiyyat başa çatıb

02.08.2023 15:00 183 baxış
IMG

2023-2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qeydiyyat başa çatıb.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

UFAZ-ın bakalavr səviyyəsində təhsil üçün təklif edilən ixtisaslar bunlardır: kompüter elmləri (60 yer), kimya mühəndisliyi (35 yer), geofizika mühəndisliyi (30 yer), neft və qaz mühəndisliyi (35 yer).

UFAZ-da təhsil ingilis dilində aparılır.

Universitetdə bakalavriat pilləsinə qəbul imtahanı avqustun 4-də keçiriləcək. Qəbul imtahanı abituriyentin təhsil aldığı bölmədən asılı olaraq həm Azərbaycan, həm də rus dillərində aparılır.

Xəbər lenti