Logo

Akademik Ziya Bünyadovun xatirəsinə həsr edilən beynəlxalq elmi konfrans keçiriləcək

02.08.2023 16:21 208 baxış
IMG

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə dekabrın 20-21-də “Qədim və müasir Şərq: mənbələr, araşdırmalar və gələcək inkişaf perspektivləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans akademik Ziya Bünyadovun xatirəsinə həsr edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfransda iştirak üçün tezislər qəbul edilir. Beynəlxalq konfransda akademik Z.Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi, qədim və orta əsrlər Şərq tarixşünaslığı və mənbəşünaslığı, müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri, Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri, Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri tematik bölmələri üzrə müzakirələr aparılması nəzərdə tutulur.

Konfrans haqqında ətraflı məlumat və tezislərin qəbuluna dair tələblərlə institutun feysbuk səhifəsində tanış olmaq mümkündür. Tezislər Azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır. Məruzə tezisində tədqiq olunan mövzu və gəlinən nəticələr aydın şəkildə göstərilməlidir.

Tezislər oktyabrın 20-dək qəbul edilir. Qəbul olunan tezislər noyabrın 10-da elan ediləcək.

Qeyd: Konfransa iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.

Xəbər lenti