Logo

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun Novruz bayramı təbriki

19.03.2021 20:56 633 baxış
IMG

"Əziz dostlar, həmkarlar və tələbələr! 

 

Hamınızı ailələriniz, yaxınlarınızla birgə xalqımızın qədim adət-ənənələrinə söykənən, Azərbaycan milli kimliyinin formalaşmasında özünəməxsus yeri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu bahar gəlişi ilə sizə yalnız və yalnız gözəl günlər, xoşbəxtlik, sevinc, ruzi-bərəkət, cansağlığı gətirsin. 

 

Bu il Novruzu məğrur və qalib xalqın nümayəndələri kimi qeyd edirik. Bayram nəfəsi, abu-havası hiss olunan Qarabağ torpaqlarında yandırılan tonqallarımız bütün qəlbləri isidir. Bu əziz gündə Vətən yolunda şəhadət şərbətini içən şəhidlərimizi də rəhmətlə yad edir, qazilərimizə Allahdan cansağlığı diləyirəm. Arzu edirəm ki, Qarabağımızı həmrəy olaraq tezliklə dirçəldək və  bayramlarımızı Qarabağ torpaqlarında qeyd edək".

Xəbər lenti