Logo

ADNSU-nun rektor əvəzi Cənubi Qazaxıstan Universitetinin rektoru ilə görüşüb - FOTO

02.08.2023 22:56 787 baxış
IMG

Avqustun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov “M.Auezov adına Cənubi Qazaxıstan Universiteti”-nin rektoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki, professor Kojamjarova Daria ilə görüşüb.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, qonağı salamlayan dosent Vazeh Əskərov görüşdə ADNSU və UFAZ-ın təhsil sistemi, beynəlxalq əlaqələri haqqında məluat verib.

Qazaxıstan ali təhsil müəssisələri ilə də əməkdaşlığn önəmini qeyd edən dosent Vazeh Əskərov bundan sonra əməkdaşlıq əlaqələrinin daha genişlənməsi istiqamətində addımlar atılacağını deyib. 

Əməkdaşlıq əlaqələrinin və perspektiv təhsil layihələrinin müzakirə olunduğu görüşdə Cənubi Qazaxıstan Universitetinin rektoru, professor Kojamjarova Daria səmimi qəbula görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verən xanım rektor ADNSU il əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Xəbər lenti