Logo

Yeni imtahan modeli əsasında TOEFL iBT imtahanı keçiriləcək

03.08.2023 11:12 221 baxış
IMG

Dövlət İmtahan Mərkəzində avqustun 5-də yeni imtahan modeli əsasında TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service) qurumu tərəfindən edilən dəyişikliklərə əsasən artıq imtahan müddəti 2 saatdan az olacaq.

Tətbiq olunacaq yeni imtahan modeli aşağıdakı kimidir.

Bölmə

      Sual sayı

    İştirakçıya verilən müddət

Oxu

      20

    35 dəqiqə

Dinləmə

      28

    36 dəqiqə

Danışıq

      4 tapşırıq

    16 dəqiqə

Yazı

      2 tapşırıq

    29 dəqiqə

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Xəbər lenti