Logo

Xarici və yerli TV-ləri retranslyasiya edən multipleks operatorları üçün sənəd qəbulu başa çatıb

03.08.2023 19:18 264 baxış
IMG

Audiovizual Şuranın “Media haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Şuradan "Tehsil.biz"ə verilən məlumata görə, aşağıdakı 2 ərizəçi sənədlərini Şuraya təqdim edib:

“ATV Plus” MMC (operatorun xidmət adı: “ATV Plus”)
“AzəriGlobalServis” QSC (operatorun xidmət adı: “AGS TV”)

Qeyd olunub ki, hər iki ərizəçi hazırda multipleks operatoru fəaliyyətini həyata keçirir. “ATV Plus” operatoru Bakı şəhəri və ətraf ərazilərdə, “AGS TV” isə Quba şəhəri, Lənkəran şəhəri və Gəncə şəhərində istehlakçılara xarici televiziya kanallarının ödənişli retranslyasiya xidmətini təqdim edirlər.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə (müsabiqələrə) buraxılmaları və ya müsabiqəyə (müsabiqələrə) buraxılmasından imtina edilmələri barədə qərar qəbul ediləcək.

Xəbər lenti