Logo

Xəzər və Ufuk universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

03.08.2023 19:49 480 baxış
IMG

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Gürcüstanın Şərq-Qərb Universitetinin qurucusu Hamlet İsaxanlı Ankarada Ufuk Universitetinin rektoru Mete Dolapçı ilə görüşüb.

Xəzər Universitetindən "Tehsil.biz"ə bildirilib ki, görüşdə Ufuk Universitetinin yaradılması və hazırkı fəaliyyəti haqqında məlumat verilib.

Professor Hamlet İsaxanlı Xəzər Universiteti və Şərq-Qərb Universiteti, həmçinin orada yeni fəaliyyətə başlayan Tibb fakültəsi haqqında danışıb.

Görüşdə hər iki tərəf gələcəkdə qarşılıqlı mübadilə proqramlarının həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıblar.

Sonra Xəzər və Ufuk universitetləri arasında əməkdaşlıq müqaviləsi, həmçinin hər iki universitetin Şərq-Qərb Universiteti ilə anlaşma protokolu imzalanıb.

Xəbər lenti