Logo

Türkiyənin Mərmərə Universitetinin nümayəndələri BANM-də olublar

03.08.2023 23:28 324 baxış
IMG

Türkiyənin Mərmərə Universitetinin İqtisadiyyat fakültəsinin baş katibi Eda Ünlü, Atatürk Təhsil fakültəsinin katibi Erkan Ünlü, Tələbə işləri üzrə Filial müdiri Nural Tekeli Erasmus+ proqramı çərçivəsində SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Türkiyəli qonaqlar BANM-in kampus ərazisini gəzib, laboratoriyalar, kitabxana, idman kompleksi və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar. 

Daha sonra ali məktəbin Erasmus+ və Beynəlxalq Proqramlar Ofisində qonaqlarla görüş keçirilib. Görüşdə proqram çərçivəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.

Xəbər lenti