Logo

ADNSU tələbələri Yay təcrübəsini uğurla keçirlər

04.08.2023 10:51 209 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri çoxsaylı istehsalat müəsissələrində Yay təcrübələrini uğurla keçirlər.

ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, bu il 1300-dən yuxarı tələbə Yay təcrübəsinə yazılıb.

Təcrübə müddətini başa vurmaqla yanaşı, tələbələrimizin bir hissəsi hazırda təcrübələrini uğurla davam etdirirlər.Onlar öyrəndikləri nəzəri bilikləri təcrübədə sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olurlar, həm də daimi işlə təmin olunma şansı qazanırlar.

ADNSU 400-dən yuxarı özəl və dövlət şirkətləri ilə əməkdaşlıq edir. Tələbələrimiz paytaxtda və bölgələrimizdə yerləşən bu şirkətlərdə təcrübə keçirlər. Hazırda Yay təcrübəsində olan tələbələrimiz haqqında şirkətlər tərəfindən razılıq məktubu almışıq. 30 nəfər ADNSU tələbəsi AzərEnerji ASC, 15-dən yuxarı tələbəmiz Norm Sement Zavodunda və 12 tələbəmiz SOCAR Downstreamda ödənişli təcrübə keçirlər. Təcrübəyə cəlb olunan tələbələrimizin bir hissəsi həm də daimi işlə təmin olnurlar. Belə ki, 5 nəfər tələbəmiz Bakı Sağlamlıq Mərkəzində, 3 tələbəmiz Turan Drilling və 2 tələbəmiz Bahar Enerji Əməliyyat Şirkətində, 4 tələbəmiz Azərbaycan Standartlaşdırma İnstitutunda və digər müəsisələrdə uğurlu təcrübə keçiblər və hazırda da təcrübələrini davam etdirirlər, onlardan sonuncu kursda oxuyan bir neçə tələbəmiz daimi işlə təmin olunub.

Xəbər lenti