Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir.
Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib.
Bildirilib ki, təkrar ali təhsil almaq istəyənlər əvvəlcə www.portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Sonra isə qeyd olunan sənədləri - rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surətini, 2023-cü ilin məzunları bakalavr səviyyəsinin bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript, 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında), şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd), hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini (oğlanlar üçün) və seçilən ixtisasa uyğun yaradıcılıq-ifa işini ADMİU-nun Ümumi şöbəsinə (həftənin iş günləri saat 10:00-16:00) şəxsən təqdim etməlidirlər.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər. Sənədlərin qəbulu 2023-cü il avqustun 31-dək aparılacaq.
Təkrar ali təhsilə müraciətlə bağlı ərizə forması üçün link ADMİU-nun saytında yerləşdirilib.
Təhsilalma tədrisə tam (fulltime) və ya qismən (parttime) cəlb edilməklə yalnız əyani şəkildə aparılır. Təhsil haqqı 1950 AZN təşkil edir və müqavilə əsasında ödənilir.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. [email protected]
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80