Logo

ADU-nun tələbələri beynəlxalq təlimdə iştirak ediblər - FOTO

04.08.2023 12:55 141 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin 3-cü kurs tələbələri Fatimə Bağırova və İlahə Səlimova 26-28 iyul tarixlərində Avropa Şurasının "Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi -PRO-M-FEX" layihəsi çərçivəsində "Media və İnformasiya Savadlılığı: Rəqəmsal Media Savadlılığı və Dezinformasiya" təlimində iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Təlim ərzində "Azərbaycan əhalisinin "media savadlılığı" göstəriciləri", "Emosional tətiklər və onların mediada əks olunması", "Media mazmununda manipulyasiya üsulları", "Rəqəmsal manipulyasiya. Stereotiplər" adlı sessiyalar keçirilib.

Təlimin sonunda aktiv tələbələr sertifikatla təltif olunublar.

Xəbər lenti