Logo

UFAZ-ın bakalavr proqramlarına qəbul imtahanı başlanıb

04.08.2023 13:12 158 baxış
IMG

2023-2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qəbul imtahanı başlanıb.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, qəbul imtahanı abituriyentin təhsil aldığı bölmədən asılı olaraq həm Azərbaycan, həm də rus dillərində aparılır.

UFAZ-ın bakalavr səviyyəsində təhsil üçün təklif edilən ixtisaslar bunlardır: kompüter elmləri (60 yer), kimya mühəndisliyi (35 yer), geofizika mühəndisliyi (30 yer), neft və qaz mühəndisliyi (35 yer).

Xəbər lenti