Logo

ADNSU tələbələri “AzərEnerji” ASC-də yay təcrübəsində

04.08.2023 13:54 223 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən 30-u “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətində ödənişli yay təcrübəsi keçir.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, həmin tələbələr öyrəndikləri nəzəri bilikləri təcrübədə sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olurlar, həm də daimi işlə təmin olunma şansı qazanırlar.

Müəssisədə tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb.

Xəbər lenti