Logo

Ölkə birincisi bu universiteti seçdi

04.08.2023 15:42 260 baxış
IMG

Ölkə birincisi Nihad Zeynallı Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini (BMDM) seçib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, magistraturaya qəbul imtahanlarında maksimal 100 balı toplayan N.Zeynallı maliyyə menecmenti ixtisaslaşması üzrə ingilis dilində təhsil alacaq.

Qeyd edək ki, N.Zeynallı bu il UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbindən bakalavr pilləsi üzrə məzun olub.

Xəbər lenti