Logo

BDU-nun magistraturasına qəbul planı 91,24 faiz dolub

04.08.2023 16:10 219 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələrinə görə 1035 nəfər qeydiyyatdan keçib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Qeyd olunan tədris ili üçün BDU-nun magistraturasına qəbul planı 91.24 faiz dolub. Universitet üzrə ən yüksək nəticə balı 97-dir.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində BDU-nun magistratura pilləsinə qəbul üçün ümumilikdə 1199 plan yeri ayrılıb.

Xəbər lenti