Logo

İNHA Universitetinin müəllimi: “Azərbaycanda tələbələrə dərs deməkdən şərəf duyuram” - VİDEO

04.08.2023 21:29 219 baxış
IMG

“Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı çərçivəsində Azərbaycanda tələbələrə dərs deməkdən şərəf duyuram. Çünki onlar Hidrologiya elminə çox həvəslidirlər və bu haqda çox şey öyrənmək istəyirlər”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri İNHA Universitetinin İnşaat mühəndilsliyi fakültəsinin müəllimi Kyung Hun Kim bildirib.

BMU-da tədrisi İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi”ndən danışan Kyung Hun Kim tələbələrə təbiətdə su dövranının tədqiqi ilə məşğul olan Hidrologiya elmini tədris etdiyini deyib:

“Bu, çoxlu müxtəlif prosesləri özündə birləşdirən mürəkkəb bir sistemdir və biz kurs boyunca bu sistem haqdında xeyli məlumatlar, nəzəri biliklər öyrənirik. Bu günlərdə qlobal iqlim dəyişikliyi Koreyaya, eləcə də Azərbaycana, Bakıya təsir edir. Hidrologiyanı öyrənməklə, biz iqlim dəyişikliyinin su dövriyyəsinə təsirini analiz edə bilərik. Biz hidrologiyanın əsaslarını bilməli, ondan insanların həyatı və cəmiyyətimiz üşün faydalı şəkildə istifadə etməliyik”.

Xəbər lenti