Logo

Bakı Ali Neft Məktəbinin tələbələri Müasir İncəsənət Muzeyində - FOTO

05.08.2023 10:17 245 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) YENİ Klubunun təşkilatçılığı ilə tələbələrin Müasir İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, ekskursiyada müxtəlif ixtisas və kurslardan olan 20-ə yaxın tələbə iştirak edib. Layihənin əsas məqsədi tələbələrin dünyagörüşünü artırmaq, mədəniyyətə və incəsənətə maraq yaratmaq, həmçinin əyləncəli vaxt keçirmələrinə dəstək olmaqdır.

Muzeydə tələbələr avanqard tərzdə əsərlər yaradan azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun, həmçinin dünyanın bir çox ölkələrinin dahi rəssamlarının əsərləri ilə tanış olublar.

Xəbər lenti