Logo

ADMİU MBA proqramı üzrə saathesabı müəllim vakansiyası elan edib

05.08.2023 11:41 345 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2023/2024-cü tədris ili üçün MBA proqramı üzrə saathesabı müəllim vakansiyası elan edib.

Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib.

Bildirilib ki, mədəniyyət və incəsənət sahəsində (əlaqəli sahələrdə) biznes və idarəetmə üzrə müəyyən iş təcrübəsi olan, yüksək pedaqoji keyfiyyətlərə malik, Azərbaycan, ingilis və rus dillərində aşağıda göstərilən fənləri tədris etməyi bacaran şəxslər ADMİU-da MBA proqramı üzrə saathesabı qaydada tədrisə cəlb olunmaq üçün dəvət olunurlar:

- Mədəniyyət və incəsənət sahəsinin iqtisadiyyatı

- Mədəniyyət və incəsənət müəssisələrinin idarə edilməsi

- Sivilizasiya tarixi

- Mədəniyyət və incəsənətin sosiologiyası

- Mədəniyyət və incəsənət sahəsində strategiya

- Mədəniyyət və incəsənət sahəsində marketinq, kommunikasiya

- Mədəniyyət və incəsənət sahəsində sahibkarlıq fəaliyyəti

- Qrant layihələrin yazılması

- Mədəniyyət və incəsənət sahəsində layihələrin idarə edilməsi

- Mədəniyyət və incəsənət sahəsində hüquq

- Mədəniyyət və incəsənət sahəsində yeni trendlər

- Mədəniyyət və incəsənət sahəsində rəqəmsal marketinq.

Qoyulan tələblər: ən azı magistr dərəcəsinin olması, xarici dil bilikləri, auditoriya ilə işləmək bacarıqları, mədəniyyət və incəsənət sahəsində biznes və idarəetmə üzrə iş təcrübəsi.

Müraciət etmək üçün CV, fənn üzrə sillabus, ali təhsilin və hər hansı elmi dərəcənin olması barədə sənəd, şəxsiyyət vəsiqəsinin surəti və mövcud olan sertifikatlar təqdim olunmalıdır. Sənədlər 2023-cü il avqustun 25-dək [email protected] ünvanına göndərilməlidir.

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.

Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80

Xəbər lenti