Logo

Nyu-Yorkdakı Azərbaycan-Amerika Gənclər Federasiyasının fəaliyyəti ABŞ mediasında

05.08.2023 11:59 256 baxış
IMG

ABŞ mediasında Nyu-York şəhərində yeni yaradılmış Azərbaycan-Amerika Gənclər Federasiyasından (AAYF) bəhs edən məlumatlar yerləşdirilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiirlib.

Məlumatda qeyd olunub ki, Kolumbiya Universitetində magistr təhsili alan azərbaycanlı tələbə Günay Məmmədovanın təşəbbüsü ilə təsis edilmiş AAYF bu yaxınlarda qeyri-kommersiya təşkilatı kimi rəsmi qeydiyyatdan keçib.

Nəzərə çatdırılıb ki, qərargahı Nyu-Yorkda yerləşən AAYF meqapolisdə ilk belə təşəbbüsdür, azərbaycanlı gəncləri – tələbələri, məzunları və gənc mütəxəssisləri federasiya çərçivəsində birləşdirmək, Azərbaycan mədəniyyətini, irsini, dəyərlərini və Qarabağ həqiqətlərini yerli əhaliyə çatdırmaq məqsədi daşıyır.

Məlumatda təşkilatın hədəfləri, ilk tədbiri və rəhbərliyə daxil olan komanda üzvləri barədə məlumat verilib, Günay Məmmədovanın fikirləri, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin tacı olan mədəniyyət paytaxtımız Şuşanın da fotosu əksini tapıb.  

Məlumatları ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://newyorkinsider.net/world/2023/07/31/empowering-azerbaijani-youth-in-nyc-the-birth-of-aayf-azerbaijani-american-youth-federation/

https://xn--nws-6la.com/world/empowering-azerbaijani-youth-in-nyc-the-birth-of-aayf-azerbaijani-american-youth-federation/

https://www.mondaynewspaper.com/2023/07/31/empowering-azerbaijani-youth-in-nyc-the-birth-of-aayf-azerbaijani-american-youth-federation/

https://houstondaily.co/world/2023/08/01/empowering-azerbaijani-youth-in-nyc-the-birth-of-aayf-azerbaijani-american-youth-federation/

https://www.newshive.org/2023/08/01/empowering-azerbaijani-youth-in-nyc-the-birth-of-aayf-azerbaijani-american-youth-federation/

Xəbər lenti