Bu ilin iyun-iyul aylarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələrinin 94 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indekslənib.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, bu elmi əsərlərin 59-u “Scopus”, 35-i isə “Web of Science” elmmetrik bazalarında yer alıb.