Logo

Yataqxanası olan peşə məktəbləri hansılardır? - SİYAHI

05.08.2023 15:28 482 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi yataqxana infrastrukturuna malik peşə təhsil müəssisələrinin adını açıqlayıb.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, hazırda yeddi peşə təhsili müəssisəsi tələbələri yataqxana ilə təmin edir.

Bunlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Quba Peşə Liseyi, Bərdə Peşə Liseyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzidir.

Xəbər lenti