Logo

UNEC-in 8 məzunu dünyanın ən nüfuzlu ali məktəblərinə qəbul olunub

05.08.2023 15:54 480 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 8 məzunu dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Elnur Babayev, Ayaz Seyidov, Həsən Axundov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibidir və onlar Mançester Universitetində təhsil alacaqlar. Fərman Bəşirli, Murad Mehdiyev Finlandiyanın Aalto Universitetində, Çingiz Vəliyev Şotlandiyanın Edinburq Universitetində, Vüqar Əhmədov Almaniyanın Eberhard Karl Universitetində, Kənan Mahmudlu Zonqnan İqtisadiyyat və Hüquq Universitetində təhsil alacaqlar.

Xatırladaq ki, Elnur Babayev (665,7 bal), Murad Mehdiyev (676,1 bal), Kənan Mahmudlu (674,3 bal) və Fərman Bəşirli (669,4 bal) 2019-cu ildə yüksək bal toplayaraq, Prezident təqaüdünə layiq görülüblər.

Xəbər lenti