Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.