Logo

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07.08.2023 11:46 382 baxış
IMG

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının 16 dövlət qurumun elektron informasiya resursları "AzStateNet" şəbəkəsinə köçürülüb.

Bu barədə "Tehsil.biz"ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin qurumlar “AzStateNet” şəbəkəsinə qoşulmaq üçün xüsusi transmissiya avadanlıqları ilə təmin olunub.

Məlumata görə, Muxtar Respublika ərazisindən "AzStateNet" şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikanın digər bölgələrindən "AzStateNet" şəbəkəsinə qoşulmuş dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Naxçıvan şəhərində və Muxtar Respublika ərazisində olan dövlət orqanlarının "AzStateNet" şəbəkəsinə qoşulması və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.

Xəbər lenti