Logo

Bu gün UFAZ-ın bakalavr pilləsi üzrə qəbul imtahanının nəticələrinin açıqlanması gözlənilir

07.08.2023 13:43 366 baxış
IMG

Bu gün Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanının nəticələrinin açıqlanması gözlənilir.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, imtahanda 372 gənc iştirak edib. Onlar riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi elmi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ tələbəsi olacaq.

Xəbər lenti