Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
V.İsrafilov paralimpiya çempionu 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, bununla da Paris-2024 17-ci Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Qeyd edək ki, V.İsrafilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kurs tələbəsidir. Energetika fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alır. O, Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb. V.İsrafilov təhsili ilə yanaşı, idmana xüsusi önəm verib, bir çox beynəlxalq yarışaların qalibi olub, o cümlədən dünya birincisi olub.