Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ilə əməkdaşlıq çərçivəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır və layihə çərçivəsindəki təlimlərə iştirakçı qəbulu elan edir.
Layihə iştirakçılarına qoyulmuş əsas tələblər:
Təlim onlayn platforma üzərindən rus dilində keçiriləcək. Təlimçilər SPDU-nun Test Mərkəzinin rus dili üzrə aparıcı mütəxəssisləridir. Təlimdə iştirak edənlər aşağıdakı mövzulara dair bilik və bacarıqlara yiyələnəcəklər:
Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini istək məktubu ilə birlikdə 2021‑ci il aprel ayının 1-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” yazaraq göndərə bilərlər. İştirakçılar üçün nəzərdə tutulmuş yerlərin sayı məhdud olduğundan müraciətlər təhlil edildikdən sonra ən uyğun namizədlər seçiləcək və aprel ayının 5-nə kimi iştirakçılara məlumat veriləcək.