Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili müəllimliyi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzunu İlahə Cəfərli, (401B) təhsilinin magistratura pilləsini Qlazqo Universitetində inklüziv təhsil üzrə davam etdirəcək.
Tehsil.biz xəbər verir ki, IELTS nəticəsi 8.0 olan İlahə Cəfərli Kral kollecinə (King's college), Şeffild Universitetinə (University of Sheffield), Exeter Universitetinə (University of Exeter) qəbul olsa da seçimi, məhz Qlazqo Universiteti olub.
O, həmçinin Macarıstanda Hökumətlərarası Təqaüd Proqramının (HTP) da qalibidir.