Logo

BANM tələbələri Hakatonda qalib olublar

07.08.2023 22:06 290 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri Gənclər və İdman Nazirliyinin “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində Qarabağın yenidən quruculuğu və bərpasına həsr edilən “Missiya:2030” hakatonunda III yeri tutublar. 

Tehsil.biz xəbər verir ki, ”QaraByte" adlı komandada Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Ruslan Murtuzov, Ayxan Mahmudov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Hüseyn Fərzəli, Kompüter mühəndisliyi ixtisasının tələbəsi Fərid Cavadov və Bakı Mühəndislik Universitetinin tələbəsi Rüstəm Akifli təmsil olunub. 

Onların təqdim etdikləri "EcoPiezo" adlı layihə Qarabağ regionununda  yaşıl şəhər konsepsiyasının əldə olunması üçün insan hərəkətinin elektrik enerjisinə çevrilməsi nəticəsində alternativ enerji mənbəyinin yaradılmasını hədəfləyir.

Hakaton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilib.

Xəbər lenti